Şoyqu və Gerasimov barəsində HƏBS QƏRARI VERİLDİ

Şoyqu və Gerasimov barəsində HƏBS QƏRARI VERİLDİ

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın iki yüksək vəzifəli məmurunun həbsinə order verib.

 

Sfera.az bildirir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

“2024-cü il iyunun 24-də Beynəlxalq Cinayət Məhkəməsinin İkinci Məhkəməyə qədərki Palatası iki şəxs - Sergey Kujugetoviç Şoyqu və Valeri Vasilyeviç Gerasimov barəsində həbs qərarı çıxarıb”, - məlumatda bildirilib.

 

Qeyd olunub ki, həbs qərarları Ukraynadakı vəziyyət və 2022-ci ilin oktyabrından 2023-cü ilin martına qədər baş verdiyi iddia edilən beynəlxalq cinayətlərin araşdırılması kontekstində verilib. İttiham tərəfinin fikrincə, Şoyqu və Gerasimov Rusiya Silahlı Qüvvələrinin ölkənin elektrik enerjisi infrastrukturuna endirdiyi raket zərbələrinə görə məsuliyyət daşıyırlar.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...