Tarixdə bu gün-11 dekabr
11 dekabr. İlin sonuna 20 gün qalır.
1901. Birləşmiş Krallıqda tarixdə ilk dəfə olaraq stolüstü tennis turniri keçirilib
1918. Sovet yazıçısı, dissident, Nobel mükafatı laureatı Aleksandr Soljenitsın anadan olub
1918. Müsavat partiyasının 2-ci qurultayı başa çatıb
1923. Azərbaycan Kommunist partiyası Dağlıq Qarabağ vilayət partiya komitəsinin tərkibini təsdiq edib (9 nəfər)
1938. Azərbaycanda Şota Rustavelinin 750 illiyi qeyd edilib (şairin "Pələng dərisi geyinmiş pəhləvan" əsəri Azərbaycan dilinə tərcümə edilərək dəfələrlə nəşr edilib)
1941. ABŞ Almaniya və İtaliyaya qarşı müharibə elan edib
1946. UNİSEF təşkil edilib
1949. BMT Fələstin mühacirlərinin doğma torpaqlarına qayıtmaq hüququnu tanıdı
1967. İlk səsdənsürətli mülki layner "Concorde”un təqdimatı keçirilib
1972. Respublika (indiki Heydər Əliyev) sarayı istifadəyə verilib
1991. Rumıniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb
1994. Federal qoşunlar Çeçenistana girib. "Birinci Çeçenistan Müharibəsi” başlayıb
1997. Atmosferə buraxılan qazların miqdarının azaldılmasına dair Kyoto protokolu imzalanıb
2001. Çin rəsmən Ümumdünya Ticarət Təşkilatına üzv olub
2003. Azərbaycan prezidenti ilk dəfə Ermənistan prezidenti Robert Köçəryanla Cenevrədə görüşüb. Görüşdə dövlət başçıları ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyi qərara alıblar
2009. Venesiya Komissiyasının iclasında Azərbaycana dair 2 məsələ müzakirə edilib.