“Togg” ən böyük şirkətlərdən birinə çevrildi – RƏQƏMLƏR

Media
14:50 / 25.06.2024
4912
Türkiyənin milli avtomobil şirkəti olan “Togg” ölkənin ən böyük 50 şirkətindən birinə çevrilib.
Sfera.az xəbər verir ki, İstanbul Sənaye Palatası (ISO) tərəfindən açıqlanan ISO 500 siyahısına görə, 2023-cü ildə “Togg”un satışı 24,3 milyard lirə olub. Bu satış gəliri ilə şirkət 2023-cü ildə Türkiyənin 42-ci ən böyük şirkətinə çevrilib.
“Togg” istehsala 2022-ci ilin oktyabrında başlasa da, ilk satışlar 2023-cü ilin martında edilib. 2023-cü ildə 19 min 583 ədəd “Togg” satılıb.
Vasif