"ABŞ-yə cavab Rusiyanın boyunu aşar, Sevastopoldakı təxribatı isə..." - AÇIQLAMA

ABŞ-nin Moskvadakı səfiri Lin Treysi bazar ertəsi Sevastopola hücumla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirlə söhbət zamanı Kiyevin ABŞ silahı ilə Rusiya ərazisinə qəsdən raket zərbəsi endirməsinə etiraz edilib. Treysiyə bildirilib ki, Vaşinqtonun bu cür hərəkətləri cavabsız qalmayacaq və cavab tədbirləri mütləq olacaq.

 

Maraqlıdır, Rusiya hansı addımları ata bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, “ATACMS” raketləri ilə Sevastopolun vurulmasının Rusiya tərəfindən neqativ reaksiya ilə qarşılanması təbiidir:

 

“Rusiya davamlı olaraq belə hallar müşahidə olunanda cavab tədbirləri haqqında fikirlər ifadə edir. Düşünmürəm ki, hazırkı reallıqlarda rəsmi Moskva Vaşinqtona qarşı tədbirlər icra etsin. Ola bilsin, ABŞ-nin maraqlarının təmin olunduğu hər hansı proksi ərazilərdə Rusiyanın cavabı özünü göstərsin. Digər tərəfdən, Ukrayna da Rusiya tərəfindən “cəzalandırıla bilər”. Çünki iki ildən çoxdur, davam edən müharibə şərtlərində biz Rusiyanın cavab tədbirlərinin Ukrayna ərazisinə yönəldiyini müşahidə etmişik. Hazırda da belə olması mümkündür”.

 

Ekspert xatırladıb ki, Rusiya taktiki nüvə silahı ilə hər zaman Qərbi hədələyir və çağırışlar edir:

 

“Rusiya ola bilsin ki, nüvə başlıqları daşıya bilən raketlərini Ukrayna ərazisinə yönəltsin. Biz ötən dövr ərzində Kiyevin hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirildiyini, lakin istənilən halda, kütləvi raket hücumları zamanı bunun o qədər də effektiv təsir bağışlamadığını da görmüşük”.

 

Politoloq Natiq Miri isə bildirdi ki,  Rusiya silahların Ukraynadan atıldığını, eyni zamanda raketin ABŞ istehsalı olan “ATACMS” olduğunu sübutlarla ortalığa qoymalıdır:

 

“Çünki videoda təqdim olunan dırnaqarası dəlillərdən də görünür ki, bu, 15 kilometrlik məsafə üçün istifadə olunan bir raketdir və Rusiya istehsalı ola bilər. Nəticə olaraq, müəyyən suallar yaranır. Rusiya növbəti dəfə öz əhalisini qırmaqla ABŞ-ni və Ukraynanı ittiham obyektinə çevirmək istəyirmi? Bu konteksdə hərbi ekspertlərin konkret açıqlamaları da var. Bu açıqlamaları zərərsizləşdirmək üçün ciddi dəlillər ortaya qoymaq lazımdır. Hələlik bu, yoxdur. O ki qaldı, Rusiyanın ABŞ-yə qarşı ata biləcəyi adekvat addımlara, düşünürəm ki, bu, birbaşa olmayacaq. Belə ehtimal da yoxdur. Rusiya bunu edə bilməz, bu, onun boyunu aşan məsələdir”.

 

Müsahibimiz qeyd edib ki, ABŞ-ni özünə düşmən sayan ölkələr vasitəsilə Moskvanın müəyyən cavab tədbirləri mümkündür:


“Məsələn, Moskva Kuba, Venesuela kimi dövlətlərə ABŞ üçün təhlükə törədəcək strateji silahlar verə bilər. Yəni cavab tədbirinin dolayısı ilə ABŞ-yə qarşı olan bu dövlətlərin mövqelərini gücləndirmək və ona təhlükə yaratmaqdan ibarət olması mümkündür. Ukraynaya gəldikdə isə, Rusiyada olan və olmayan bütün dağıdıcı kütləvi qırğın silahlarından, hipersəs raketlərdən istifadə olunub və olunmaqdadır. Moskva bu yaxınlarda da Xarkov şəhərinə qarşı ton yarımlıq idarə olunan bombalardan istifadə edib. Bu, düşdüyü məkanı yerlə-yeksan edir, bütün canlılara ciddi ziyan vurur. Fikrimcə, Rusiyanın bu ittihamları beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaqdan başqa bir şey deyil. Diqqətləri özündən yayındırmaq üçün ABŞ-ni, Ukraynanı və digər Kiyevə yardım edən dövlətləri bu şəkildə təxribatlarla ittiham etməyə başlayıb”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...