Azərbaycanda bu şəxslərin də ailə qurmasına İCAZƏ VERİLMƏYƏCƏK

Azərbaycanda bu şəxslərin də ailə qurmasına İCAZƏ VERİLMƏYƏCƏK

İkisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

 

Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.

 

Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...