Şabranda ölümlə nəticələnən CİNAYƏT HADİSƏSİ - Saxlanılanlar var

Şabranda ölümlə nəticələnən CİNAYƏT HADİSƏSİ - Saxlanılanlar var

Şabranda cinayət hadisəsi qeydə alınıb.

 

Bu barədə Sfera.az-a Şabran rayon prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, iyunun 24-ü Şabran rayonu ərazisində 1970-ci il təvəllüdlü Gülnarə Hüseynovanın öldürülməsi, onun əri 1966-cı il təvəllüdlü Arif Hüseynova isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

“Araşdırma zamanı 1983-cü il təvəllüdlü Elçin Fərzəliyev və Murad Məmmədovun Şabran şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən yaşayış evində dəmir predmetlə (mismarçıxaran) xəsarətlər yetirməklə Gülnarə Hüseynovanı qəsdən öldürməsi, onun əri Arif Hüseynovu isə öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır”.

 

Məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Elçin Fərzəliyev və Murad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulublar.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...