Səhər gümrah oyanmağın yolları

Səhər gümrah oyanmağın yolları
Axşam.az xarici KİV-ə istinadən yuxudan gümrah oyanmağın bəzi yollarını təqdim edir:

1. Hər gün eyni saatda oyanın – hətta, həftə sonları da. Bədəninizin yuxu nizamı gün ərzində ruh halınıza təsir edən amillərdən biridir.

2. Zəngli saatı təxirə salmayın - Səhər zəngli saat çalanda onu 5 dəqiqə də olsa, təxirə salmayın. Yəni zəngli saat çalan kimi ayağa durmağın daha məsləhətlidir. Ümumiyyətlə, çalışın, zəngli saatı digər otaqda qurasınız. Çünki onu söndürmək üçün məcbur olub uzun yol qət edəcəksiniz və bu zaman yuxunuz çəkiləcək.

4. Soyuq duş qəbul edin - Səhər-səhər isti yataqdan durub soyuq duş qəbul etsəniz, bu, yuxunuzun daha tez qaçmasına və bədəninizim gümrah olmasına kömək olacaq.

5. Oyanan kimi bir stəkan su için – bu zaman su bədəninizi adrenalinlə təmin edərək, qan dövranını sürətləndirəcək.

6. Məşq edin - səhərlər idman ilə məşğul olsanız, günə enerji ilə başlayarsınız. Hətta, gedəcəyiniz yerə piyada getsəniz əzələləriniz daha möhkəm olar.

OXŞAR XƏBƏRLƏR