"Bütün hüquq-mühafizə orqanlarımızda yeni təlimlər keçirilsin" - MM-də TƏKLİF

“Təhlükəsizliyin təmin edilməsi üçün yeni təlimlər keçirmək lazımdır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Siyavuş Novruzov deyib.


Millət vəkili bildirib ki, ordu ölkənin dayağıdır:

 

"Çünki ordu ölkənin möhkəmlənməsinə,  onun qorunmasına xidmət edən ən güclü amildir. Eyni zamanda təhlükəsizlik məsələsi dünyanın bir nömrəli məsələsinə çevrilib. Müşahidə edirik ki, digər yönümlərdə terror aktları baş verir. Dini yönümdə həyata keçirilən terrorlar birazdan etnik yönümə keçəcək. Ölkələri daxildən parçalamaq, zəiflətmək, insanların başını qatmaq və özlərinə tabe etdirmək böyük dövlətlərin taktikasıdır. Təbii ki, Azərbaycanda bu kimi halların qarşısı yüksək səviyyədə alınır. Lakin yeni texnologiya tələb olunur. Digər - böyük dövlətlərin texnologiyaları bizdən üstündür. Hesab edirəm ki, bütün hüquq-mühafizə orqanlarımız yeni təlimləri, texnologiyaları öz sıralarında tətbiq etməlidir”.


 
Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...