"Mançester Yunayted"in sabiq ulduzu "Neftçi"nin baş məşqçi postuna GƏTİRİLİR

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq ulduzu "Neftçi"nin baş məşqçi postuna gətirilir.

 

Sfera.az xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, “ağ-qaralar” Miodraq Bojoviçin gedişindən sonra bu posta norveçli məşhur mütəxəssis Henninq Berqin namizədliyini nəzərdən keçirir.

 

Futbolçu karyerasına ölkəsinin “Volerenqa” klubunda başlayan 54 yaşlı mütəxəssis 3 il bu klubun şərəfini qoruduqdan sonra "Lillestrom"a transfer olunub. Uğurlu çıxışı ilə diqqətləri üzərinə çəkən Berq daha sonra İngiltərənin “Blekbern” komandası ilə müqavilə bağlayıb. 4 il bu klubun əsas sağ cinah müdafiəçisinə çevrilən Berq 1997-ci ildə həmin vaxt rekord məbləğ sayılan 5 milyon funt sterlinqə “Mançester Yunayted”ə transfer olunub. O, “qırmızı şeytanlar”la iki dəfə ölkə çempionatının (1999, 2000), İngiltərə Liqa Kubokunun və Çempionlar Liqasının (1999) qalibi olub.

 

Mütəmadi olaraq Norveç milli komandasına da dəvət alan Berq yığmanın heyətində 100 oyun keçirib və 9 qarşılaşmada fərqlənməyi bacarıb.

 

Baş məşqçi karyerası da uğurlu olan Berq çalışdırdığı ”Omoniya” klubu ilə ölkə çempionu (2020/2021) və Kipr Superkubokunun qalibi (2021/2022) adını qazanıb. O, Kipr təmsilçisini 2 dəfə avrokubokların qrup mərhələsinə çıxarmağa nail olub. Bundan başqa, Berq 2013/2014 mövsümündə Polşanın ”Leqiya” klubu ilə çempionluq sevinci yaşayıb. Bir il sonra bu klubla Polşa Kubokunun sahibi olub.

 

H.Berq son olaraq 2023/2024 mövsmündə İsveçin AİK klubunu çalışdırıb.


OXŞAR XƏBƏRLƏR

Həftəsonunadək hava necə olacaq?

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-ş...

Gəncədə avtomobil işıq dirəyinə, sonra divara çırpıldı - FOTO

  Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb. ...

Paşinyandan mühüm açıqlama:"Sərhədə ermənilər yerləşdiriləcək, ABŞ isə..."

Amerika şirkəti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin idarəedici operatoru ola bilər.   Sfera.az “İnterfaks...

Prezident daha 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə m...

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasında dəyi...

Oquldjaxan Atabayeva və Leyla Əliyeva Heydər Əliyev Mərkəzini ZİYARƏT ETDİLƏR

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-d...