Mourinyo “Fənərbağça”da ilk məşqində - FOTO

Mourinyo “Fənərbağça”da ilk məşqində - FOTO

“Fənərbağça”nın yeni baş məşqçisi Joze Mourinyo klubla ilk məşqinə çıxıb.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, məşq portuqaliyalı mütəxəssisin rəhbərliyi ilə Türkiyənin Düzce şəhərinin Kaynaşlı rayonunda “Serkan Acar Topuk Yaylası Təsisləri”ndə baş tutub.

 

“Fənərbağça” yeni mövsüm hazırlıq çərçivəsində ilk yoldaşlıq matçını burada keçirəcək.

 

“Sarı-lacivərdlər” 29 iyunda keçiriləcək ilk yoldaşlıq oyununda “Petrolul Ploieşti” ilə qarşılaşacaq. Klub bu matçdan sonra İstanbula qayıdacaq, daha sonra düşərgə üçün Avstriyaya gedəcək.

 

“Fənərbağça” Avstriyada 3 yoldaşlıq oyunu keçirəcək və  “Admira Vakker”, “Hayduk Split” və “Strasburq”la qarşılaşacaq.

 

Xatırladaq ki, Joze Mourinyo bu ayın 2-də İstanbul klubu ilə müqavilə imzalayıb. 61 yaşlı mütəxəssis 3 il ərzində “Fənərbağça”nı çalışdıracaq.

 









OXŞAR XƏBƏRLƏR

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

İbadova Flora Ədalət qızı Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsinə təyin olunub.   Sfera.az xəbər verir ki, bu bar...

Paşinyandan gecikən etiraf: “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi daha əvvəl təsdiqləməliydik”

“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı qərarı daha tez verməli idik”.   Sfera.az xəbər verir ki, bunu Ermən...

Liderlər və övladları şəkil çəkdirdilər - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Həm...

İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edildi

Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb....

Rusiyada neft-qaz hasilatı azalıb: "Ödənişlərlə bağlı çətinliklər yaşayırıq"

Bu il Rusiyada neft və qaz hasilatında azalma müşahidə edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika nazir...

Azərbaycanlılar vizasız bu ölkələrə səyahət edə bilərlər - SİYAHI

Yay fəslinin gəlişi ilə birlikdə səyahət planları da aktuallaşır. İsti günlərdə dincəlmək, yeni ölkələr kəşf etmək istəyənlər ilk olaraq vizasız və ya sadələşdi...