Liderlər hansı saat markalarına üstünlük verirlər? - SİYAHI

Liderlər hansı saat markalarına üstünlük verirlər? - SİYAHI

Moda və siyasət ayrı sahələr kimi düşünülsə də, həmişə bir-biri ilə əlaqəli olublar. Tarix boyu liderlər,  dövlət başçıları özlərinə məxsus obraz  yaratmaq üçün dizaynerlərə üz tutublar.  Bu mənada ölkə başçılarının istifadə etdikləri aksesuarlar da diqqət mərkəzindədir.

 

Maraqlıdır, liderlər hansı saat markalarına üstünlük verirlər?

 

Sfera.az bu dəfə həmin məlumatı təqdim edir:

 

ABŞ Prezidenti Co Bayden – Ölkə başçısının üç sevimli saat modeli var – “Rolex”dən “President” modeli, “Patek Philippe”  brendindən “Golden Ellipse”  və “Vacheron Constantin”dən  “Historiques Ultra-Fine 1968” modeli... Bayden tez-tez qolf oynayarkən “Patek Philippe”  brendindən “Golden Ellipse”  modelinə üstünlük verir. “Vacheron Constantin” saatı isə onun müntəzəm olaraq taxdığı aksesuar brendidir. Bayden, ümumiyyətlə, gümüşü qızıldan üstün tutur. Onun dəfələrlə istifadə etdiyi modellərdən biri də Şahzadə Uilyamın da imtina edə bilmədiyi brend -  “Omega Seamaster Diver 300m”dir. ABŞ prezidenti üç fərqli rəngdə saat taxır: mavi, qara və qızılı. Bayden “Omega” ilə yanaşı “Vulcain Cricket”dən də istifadə edib.

 

Rusiya lideri Vladimir Putin – O, “Patek Philippe” brendini çox sevir. Sözügedən marka hətta uğurlu kişilər üçün də qeyri-adi saatdır və dünyanın ən yaxşı saat markası hesab olunur.  Putin isə “Patek Philippe Calatrava” və “Patek Philippe Perpetual Calendar” kimi saatların sahibidir. Prezidentin “Breguet Marine” və “Blancpain Aqua Lung”dan istifadə etdiyi də görülüb.

 

Çin Xalq Respublikasının Sədri Si Cinpin – O, daha çox “Omega” brendinə üstünlük verir. Çin prezidentinin seçdiyi “Constellation” modeli isə klassik üslubda olmaqla yanaşı, həm də maksimum rahatlığı təmin edir. Beləliklə, bu saat həssas və praktik bir şəxsiyyəti əks etdirir.

 

Şimali Koreya lideri Kim Çen In – Ölkə başçısı geyimində olduğu kimi aksesuarlarında da sadəliyə üstünlük verir. Onun seçimlərindən biri “Movado Museum” saatıdır.  Sözügedən model 1947-ci ildə rəssam Nathan George Horwitt tərəfindən hazırlanıb.

 

Fransa Prezidenti Emmanuel Makron – O, orta səviyyəli brend sayılan “Merci LMM-01” saatından istifadə edir.  Bu saatın qiyməti 475 dollardır. Makron həmçinin “ Cartier Tank”a bənzəyən, amma  əslində “Longines Dolce Vita” olan gümüşü rəngli saatdan da istifadə edib. Üstəlik, Makronun Yelisey sarayında heç kimin bilmədiyi gizli saat kolleksiyasının olduğu da iddia edilir.

 

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan - Onun “Franck Muller”,  “Cintree Curvex Chronograph” model saatı böyük marağa səbəb olub. Ərdoğanın yalnız “Rixos” otellərində yerləşən “Lydion” adlı mağazalarda satılan saatının qiymətinin isə 43 min dollar olduğu təxmin edilir.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...