Universitetdən imtina edən tələbə yenidən ödənişsiz təhsil ala bilərmi? – Rəsmi CAVAB

Universitetdən imtina edən tələbə yenidən ödənişsiz təhsil ala bilərmi? – Rəsmi CAVAB

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa görə, hər bir vətəndaşın dövlət orta ixtisas təhsili pilləsində, peşə təhsili və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq hüququ var.


 
Ali məktəbə dövlət hesabına qəbul olunan tələbələr bəzi hallarda təhsilini yarımçıq qoymalı olur.  

 

Bəs belə olan halda onlar yenidən ödənişsiz təhsil ala bilərmi?


  
Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, həmin şəxslərin yenidən dövlət sifarişi əsasında təhsil almaq hüquqları var.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR