Kür çayında bir nəfər BATDI - YENİLƏNDİ

Kür çayında bir nəfər BATDI - YENİLƏNDİ

Neftçalada 25 yaşlı gənc Kür çayında batıb.

 

Sfera.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Kürün Bankə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumata görə, qəsəbə sakini, 1999-cu il təvəllüdlü Babayev Rəhim Qurbanəli oğlunun paltarı Kürün sahilində tapılıb.

 

Bundan sonra R.Babayevin çayda boğulduğu ehtimal edilərək aidiyyəti qurumlara məlumat verilib.

 

Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət dalğıc-xilasediciləri cəlb olunub.

 

Hazırda axtarışlar davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır. (report)

 

***

 

18:42

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Sfera.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

Əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR