Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya qazancın ilk tranşı AÇIQLANACAQ

Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya qazancın ilk tranşı AÇIQLANACAQ

Bu gün Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya qazancın ilk tranşı açıqlanacaq.

 

Sfera.az bildirir ki, bu barədə“Politico” qəzeti məlumat yayıb.

 

Qeyd olunub ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell elan edəcək. 

 

“Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında Rusiyanın immobilizasiya olunmuş aktivlərindən əldə olunan 1,4 milyard avroya qədər mənfəətin Ukraynaya Yardım Fonduna yönəldilməsi ilə bağlı razılaşmanı elan edəcəyi gözlənilir”, - nəşr bildirib.

 

Məlumata görə, iyunun 22-də əməliyyat proseduru uğurla başa çatıb: “Bu tranş Rusiya aktivlərindən vəsait axınında birincidir. Macarıstan əvvəllər Avropa Sülh Fondu çərçivəsində Ukraynaya silah ödənişləri ilə bağlı etdiyi kimi, buna mane ola bilməyəcək”.

 

Bundan əvvəl Cozef Borrell Avropa İttifaqı tərəfindən Rusiya aktivlərinin köməyi ilə Kiyev üçün silah alınmasına Macarıstanın vetosundan yan keçməyə imkan verən mexanizmin yaradıldığını elan etmişdi. O bildirmişdi ki, mexanizm işlək və mürəkkəb olacaq.

 

Günay 


OXŞAR XƏBƏRLƏR