Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini TƏSDİQLƏDİ

Avrop İttifaqı (Aİ) Rusiyaya qarşı hərbi-sənaye kompleksinə, maliyyə və enerji sektorlarına, eləcə də sanksiyalardan yayınmağa təsir edəcək və yeni şəxsi məhdudiyyətləri ehtiva edən 14-cü sanksiyalar paketini təsdiqləyib.
Sfera.az xəbər verir ki, Aİ, xüsusilə, 116 fiziki və hüquqi şəxsə məhdudiyyətlər qoyub.
Qeyd edək ki, Rusiya maye qazının Avropa limanları vasitəsilə tranzitinə məhdudiyyətlər var, lakin maye qazın Rusiyadan Aİ ölkələrinə birbaşa tədarükü qadağan edilmir. Sanksiyalar silah və ya Ukrayna taxılını daşımaq üçün istifadə edilən Rusiyanın kölgə donanması adlanan 27 tanker və gəmiyə qarşı tətbiq edilib.
Avropa şirkətlərindən tələb olunub ki, üçüncü ölkələrdəki “törəmə” müəssisələri Rusiyaya qarşı sanksiyalardan yan keçməsinlər.
İnci