Lənkəranda evdə yaşlı qadın meyiti tapıldı

Hadisə
15:30 / 24.06.2024
2365
Lənkəran rayonunda evdə yaşlı qadın meyiti tapılıb.
Sfera.az-ın məlumatına görə, Lənkəran şəhəri Balaməmməd küçəsi, 4 ünvanındakı binanın sakinləri tərəfindən polis şöbəsinə mənzillərin birindən kəskin qoxu gəlməsi ilə bağlı məlumat daxil olub.
Mənzilə baxış zamanı 68 yaşlı ev sakini Şərqiyyə Rəhim qızı Rəhimovanın meyiti aşkar olunub.
İlkin məlumata əsasən, qadın dörd gün əvvəl ölüb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.