Azərbaycan qlobal problemlərin həllində fəal rol oynayır - ŞƏRH

Azərbaycan qlobal problemlərin həllində fəal rol oynayır - ŞƏRH

Bu il COP29 tədbirlərinin Azərbaycanda keçirilməsi ölkəmizi dünya mediasının diqqət mərkəzinə gətirib. COP29-a ev sahibliyi etmək ərəfəsindəki son illərdə iqlim dəyişikliyinə qarşı görülən tədbirlərin genişlənməsi və xüsusilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması Azərbaycanın bu qlobal problemə yanaşmasını və problemin həllinə verdiyi töhfələri səciyyələndirir.

 

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisinin deputatı Cavanşir Feyziyev deyib.

 

O qeyd edib ki, bütün bunlar haqqında Prezident İlham Əliyev “Euronews” telekanalına son müsahibəsində ətraflı məlumat verib. Ölkə başçısı iqlim dəyişikliyi kimi qlobal bir problemlə bağlı Azərbaycanın həyata keçirdiyi layihələrdən, eləcə də COP 29 -a hazırlıq işlərindən danışarkən deyib: “Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır... Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”.

 

Azərbaycanın bərpaolunan enerjiyə sərmayə yatıran şirkətlər üçün cəlbedici ölkə olduğunu vurğulayan Prezident İlham Əliyev “Masdar” şirkətinin bu sahədə ölkəmizin strateji tərəfdaşı olduğunu, həmçinin “ACWA Power” və BP şirkətlərinin də əsas investorlar kimi çıxış etdiyini bildirib. Prezident Avropanın qazla təminatında Azərbaycanın müstəsna rolunu qeyd etməklə bərabər yaxın illərdə ölkəmizdə istehsal olunacaq yaşıl enerjinin Avropa ölkələrinə tədarük edilməsi ilə bağlı layihələr haqqında məlumat verib.

 

“Müsahibədə Azərbaycanın yaşıl gündəliyinin yeni məsələ olmadığı diqqətə çatdırılıb. Artıq 30 ildir hər il Bakı Enerji Həftəsi təşkil olunur ki, bu tədbirdə onlarla ölkədən gələn yüzlərlə mütəxəssis iştirak edir. 1994-cü ildən bəri davam edən Bakı Enerji Həftəsində ənənəvi və bərpaolunan enerji resurslarının kəşfiyyatı, istismarı, eləcə də ötürülməsi, qlobal miqyasda enerji təhlükəsizliyinin təmin olunması, o cümlədən yaşıl enerjiyə keçid məsələləri müzakirə olunur. Bu müzakirələr enerji resursları və onların modernləşdirilməsi ilə bağlı qlobal gündəliyin müəyyənləşdirilməsində önəmli rol oynayır. Bu kimi tədbirlərin nəticəsində Azərbaycan dünyada enerji problemlərinin həllinə töhfə verən ölkə kimi tanınır və hazırda neft, təbii qaz və yaşıl enerji sahələrində bir çox ölkələrin etibarlı tərəfdaşına çevrilib. Prezidentin “Euronews” kanalına verdiyi müsahibə əhatə dairəsi ən azı 500 milyon olan Avropa tamaşaçılarına Azərbaycanın qlobal miqyasda həyata keçirdiyi layihələr haqqında, eləcə də müasir dövr üçün həyata keçirməkdə olduğu enerji strategiyası haqqında ətraflı bilgi almağa yardım edir. Bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfdaşlar Konfransının 29-cu sessiyası (COP29) dünyanı narahat edən iqlim problemlərinin həlli istiqamətində atılmış mühüm bir addım olacaq. Tərəfdaşlar Konfransına sədrlik edəcəyi müddətdə Azərbaycan bir sıra təşəbbüslərlə çıxış edəcək və qlobal iqlim dəyişikliyi problemlərinin həlli istiqamətində öz töhfələrini verəcək”, - deputat vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...