MN-də təlim-metodiki toplanış keçirildi - VİDEO

MN-də təlim-metodiki toplanış keçirildi - VİDEO

Müdafiə Nazirliyinin (MN) Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Əşya Bazasında qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidmətlərinin və ştatlı yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.

 

Bu barədə Sfera.az-a MN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, toplanışda anbarların, saxlancların, açıq saxlama meydançalarının, sexlərin, emalatxanaların, qarajların, parkların və digər yanğın təhlükəli obyektlərin yanğından mühafizə olunma qaydaları, yanğının baş verdiyi anda genişlənməsinin qarşısını almaq üçün görüləcək işlər praktiki olaraq icra edilib.

 

Hərbi hissələrin yanğından mühafizə xidməti və ştatlı yanğından mühafizə komanda rəislərinin, həmçinin yanğından mühafizə üzrə müfəttişlərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə iştirakçılara yanğın təhlükəsizliyi tədbirləri izah olunub.

 

Anbarda baş vermiş şərti yanğının qarşısını almaq üçün öncə mühafizəçinin növbətçiyə ötürdüyü “Anbarda yanğın!” komandası ilə yanğınsöndürən briqadanın fəaliyyəti izlənilib. Yanğın baş verdiyi yerin su şırnakları ilə söndürülməsi, həmçinin təcili yardım briqadasının da hadisə yerinə cəlb edilərək tüstüdən zəhərlənən çalışanların təxliyəsi və onlara ilkin tibbi yardımın göstərilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

 

Təlim-metodiki toplanış yanğından mühafizə xidmətinə cavabdeh şəxslərin yerlərdə yanğından qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin öyrənilməsi ilə başa çatıb.

 


OXŞAR XƏBƏRLƏR

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...