“Azərbaycan Silahlı Qüvvələri bütün regionda sülhün və təhlükəsizliyin qarantıdır”

“Azərbaycan Silahlı Qüvvələri bütün regionda sülhün və təhlükəsizliyin qarantıdır”

“Azərbaycan Silahlı Qüvvələri bütün regionda sülhün və təhlükəsizliyin qarantıdır”.

 

Sfera.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin artan gücü regionda istənilən təxribatın qarşısını almağa imkan verir:

 

“Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək erməni faşizminə böyük zərbə vurdu. Qarabağ və ətraf rayonları erməni faşizminin işğalından azad etdi. 2023-cü ilin sentyabrın 19-20 tarixində - cəmi 23 saat ərzində Azərbaycan lokal antiterror tədbirləri çərçivəsində torpaqlarında erməni separatizminin son dayaqlarını da məhv etdi – Xankəndi, Əsgəran, Ağdərə, Xocalı və s. əraziləri terrorçulardan təmizlədi.

 

Bu gün Azərbaycan Silahlı Qüvvələri sürətli inkişaf yolundadır. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, ordumuz 44 günlük Vətən müharibəsindəki dövrlə müqayisədə daha güclü, daha qüdrətlidir. Bu isə sadəcə ölkəmizin deyil, bütün regionun təhlükəsizliyinin qorunmasında, dincliyin, sabtliyin təmin olunmasında mühüm amildir.

 

Əminəm ki, Azərbaycan Silahlı Qüvvələri bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmininə böyük töhfələr verəcək, hər zaman malik olduğu yüksək döyüş əzmi ilə dünya orduları arasındakı qabaqcıl mövqeyini qoruyub saxlayacaq.

 

Mən 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçilərimizi təbrik edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram”.


OXŞAR XƏBƏRLƏR

Aeroport yolunda maşın aşdı- Ölən və yaralananlar var - VİDEO

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində 77 YF ...

Füzulidə həkimin məktəbli oğlu kanalda batdı - FOTO

Füzuli rayonunda məktəbli kanalda batıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib. &nb...

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...