Sumqayıtda kişinin spirtli içkidən ölməsi iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Mediada Sumqayıt şəhər sakininin qəbul etdiyi spirtli içkidən vəfat etməsi ilə bağlı yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılıb.
Sfera.az report-a istinadən xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, iyunun 22-də saat 01:40 radələrində normadan artıq spirtli içki ilə birgə enerji içkisi qəbul etdikdən sonra Sumqayıt Şəhər Xəstəxanasına hospitalizə olunan Elfan Elşən oğlu Familzadəyə həkimlər tərəfindən alkoqollu sərxoşluq diaqnozu qoyulub və ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Həmin şəxslə telefonla əlaqə saxlanılıb və vəziyyəti qənaətbəxşdir.
Bununla da hadisə zamanı ölüm və ya qida zəhərlənməsi olması xəbəri öz təsdiqini tapmayıb.