Villi Sanyol: \"Gürcüstan böyük turnirdə qazanılan ilk xaldan həzz alacaq\"

Villi Sanyol: \

Gürcüstan böyük turnirdə qazanılan ilk xaldan həzz alacaq.

 

Sfera.az-ın məlumatına görə, bunu Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Çexiya ilə heç-heçə (1:1) etdikləri Avropa çempionatının qrup mərhələsinin II tur oyunundan sonra deyib.

 

"Bilirik ki, biz Avropa çempionu olmayacağıq. Fasilədə soyunub-geyinmə otağında hisslər qarışıq idi. Çünki qalibiyyət əldə etmək imkanımız oldu. Gürcüstan xalqı bu nəticəni özünəməxsus şəkildə qeyd edəcək", deyə mütəxəssis vurğulayıb.

 

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.


OXŞAR XƏBƏRLƏR