Azərbaycanda toyda kütləvi zəhərlənmə - ADLAR - YENİLƏNDİ - 2

Azərbaycanda toyda kütləvi zəhərlənmə - ADLAR - YENİLƏNDİ - 2

Ağstafada toyda zəhərlənənlərin sayı artıb.

 

Sfera.az-ın məlumatına görə, Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 14 nəfərə çatıb.

 

 

***

 

22:30

 

Ağstafada toy mərasimi zamanı zəhərlənən şəxslərin kimliyi məlum olub.

 

Sfera.az siyahını təqdim edir:

 

Ağstafa rayonunun Həsənsu kənd sakini 1995-ci il təvəllüdlü Samir Məmmədli;

Tovuz rayonunun Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Nihat Həsənov;

Tovuz rayonunun Yuxarş Öysüzlü kənd sakini 2007-ci il təvəllüdlü Nihat Həsənov;

Ağstafa rayonunun Xətai kənd sakini 1999-cü il təvəllüdlü İlham Hüseynov;

Tovuz rayon sakini 1982-ci il təvəllüdlü Sevda Ələsgərova;

Tovuz rayon sakini 2010-cu il təvəllüdlü Sadiq Quliyev;

Ağstafa rayon sakini 1986-cı il təvəllüdlü Könül Quliyeva;

 

***

 

21:15

 

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

 

Sfera.az-ın məlumatına görə, hadisə rayonda yerləşən şadlıq sarayında qeydə alınıb.

 

Belə ki, şadlıq sarayında keçirlilən toy məclisində iştirak edən 7 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR