İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs həbs edildi

Hadisə
19:44 / 22.06.2024
6830
Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Sfera.az-a bildirib ki, araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.
Onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir. (apa)