Binəqədidə yük maşını piyadanı vuraraq öldürüb

Hadisə
17:25 / 22.06.2024
12924
Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, qəza Binəqədi qəsəbəsində, 179 saylı məktəbin qarşısında qeydə alınıb. Belə ki, idarəetməni itirən yük maşınının sürücüsü orta yaşlı qadını vuraraq öldürüb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.(apa)