"İstifadə etdiyiniz maddə insan dərisini yandırır" - Tanınmış dizayner BŞİH-dən ŞİKAYƏTLƏNDİ

“Azərbaycan prospektində apardığınız abadlaşdırma işlərini alqışlamağa çalışırıq. Amma binanın divarlarını yumaq üçün istifadə etdiyiniz kimyəvi maddə insan dərisinə düşəndə dəridə yanıq əmələ gətirir”.

 

Sfera.az bildirir ki, bu sözləri tanınmış dizayner Vəfa İsazadə deyib.

 

O, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib:

 

“Bayağı lentlərlə dırnaqarası əhatəyə aldığınız yerdən camaatın başına həmin kimyəvi maddə külək vasitəsilə sıçrayır, hətta tökülür. Binanın altında yerləşən aptekə girə bilməyəndə işçilər mənə “gedin başqa aptekdən alın, mütləq bu aptekə girməlisiniz?”, - dedilər. Şəhərin mərkəzi küçələri istifadə etdiyiniz kimyəvi maddənin ləkələri ilə doludur. “Qaş düzəldən yerdə vurub göz çıxarmaq” buna deyirlər”.

 

Dizayner sözügedən maddələrin insanların səhhətinə zərər vurduğunu iddia edib:

 

“Həmçinin, orada çalışan işçiləri kimyəvi maddələrdən qoruyan geyimlə təmin etməmisiniz”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...