2 həkim uşaq ölümünə görə işdən qovulub

2 həkim uşaq ölümünə görə işdən qovulub


"Səhiyyə Nazirliyində həkim səhlənkarlığı nəticəsində uşaq ölümləri ilə bağlı məsələ müzakirə olunub. Nəticədə uşaq ölümündə təqsirli bilinən 2 həkim işdən çıxarılıb, digərlərinə töhmət verilib”.

Sfera.az xəbər verir ki, bunu AzVision.az-a Səhiyyə Nazirliyinin baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. O qeyd edib ki, həkim səhlənkarlığı nəticəsində uşaqların ölüm hallarına çox az hallarda rast gəlinir.

"Həkimlər bəzən səhvə yol verirlər. Çox az hallarda nöqsanlar aşkar olunur. Ağcabədi rayonunun Kürdlər kəndində yaşayan bir uşağın səhv müayinə olunması ilə bağlı Səhiyyə Nazirliyinin komissiyasında müzakirə keçirildi. Komissiyada baş verən uşaq ölümlərinin hər biri müzakirədən keçirilir və müvafiq olaraq tədbirlər görülür. Bir neçə ay bundan əvvəl təcili tibbi yardımın xidməti həkimi uşaq ölümündəki səhvinə görə işdən azad edilib. Həmçinin Ağcabədidə uşaq ölümündə ittiham olunan sahə həkimi vəzifəsindən azad edilib, bir neçə nəfər töhmət alıb”.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...