Hökumət böhrandan xilas proqramı hazırlayıb

Hökumət böhrandan xilas proqramı hazırlayıb

Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir.

Sfera.az anspress-ə istinadən xəbər verir ki, “Brent” markalı neftin bir bareli dünya bazarlarında ötən gün 37,13 dollara satılırdısa, bu gün 36,95 dollar olub. “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti isə 35 dollardan da aşağı düşüb. “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,68 dollar ucuzlaşaraq 37,76 dollar təşkil edib. OPEK-in son iclasından sonra neftin qiyməti yüksək sürətlə ucuzlaşmağa başlayıb.

“Qara qızıl”ın son 9 il ərzində ən aşağı həddə düşməsi isə neftdən asılı olan dövlətlərin iqtisadiyyatına ciddi zərbə vurur. Məsələn, neftin qiymətində hər 10 dollarlıq ucuzlaşma Rusiyanın valyuta gəlirlərini 20 milyard dollar azaldır. Azərbaycan iqtisadiyyatının da çox hissəsi neftdən asılı olduğu üçün qiymətlərin aşağı enməsi büdcə gəlirlərimizin azalması ilə nəticələnir.

Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri, Elnur Sultanov bildirdi ki, neft qiymətləri 100 dollar civarında olanda “qara qızıl”dan il ərzində gəlirlərimiz təxminən 13 -14 milyard dollar ətrafında dəyişirdi: “Amma nəzərə almaq lazımdır ki, hazırda qiymətlər 50 % aşağı enib. İndi isə il ərzində Azərbaycanın neft gəlirləri 6 - 7 milyard ətrafında dəyişir. Azərbaycanın dünya neft bazarına təsir edəcək imkanı yoxdur”. 
Azərbaycanın neftin qiymətini dəyişmək gücündə olmaması onun işini bir az da çətinləşdirir. Çünki neftdən itirdiyi gəlirləri hansısa yollarla kompensasiya etməlidir. 2015-ci il dövlət büdcəsində neftin qiyməti 90 dollardan hesablandığı halda, gələn ilin büdcəsində həmin rəqəm 50 dollardan hesablanıb. Hazırda Azərbaycan üçün neftin qiymətində "qırmızı xətt" 40 dollar hesab edilir.


OXŞAR XƏBƏRLƏR

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...