Tanınmış müğənni şou-biznesin məşhur simalarını canlandırdı - VİDEO 

Tanınmış müğənni şou-biznesin məşhur simalarını canlandırdı - VİDEO 

Gənclərin sevimli müğənnisi Hiss bu dəfə Azərbaycanın ən yaxşı və məşhur ulduzlarının obrazına girib.

 

Sfera.az xəbər verir ki, müğənni uzun zamandır üzərində işlədiyi "Best" mahnısının klipini təqdim edib. 22 saat ərzində çəkilən klipdə Hiss şou-biznesin ən məşhur simalarını canlandırıb. Hiss həmin ulduzları "Best" adlandıraraq özünü də onlar sırasında gördüyünü vurğulayıb:

 

“İşləri ilə viral olmuş insanların obrazının canlandırılmasına dünya praktikasında çox rast gəlmişəm. Biz də komanda olaraq qərara gəldik ki, oxuduğu mahnıları ilə, verdiyi açıqlamaları ilə, səhnədəki obrazı ilə bu gün də yerli şou-biznesə yön verən məşhur simaları canlandırım. Bilirəm ki, hamı bu klipi bir yana yozacaq. Əminliklə deyə bilərəm ki, yaşıdlarım arasında da, özümə xas tərzim ilə mən də o “Best”lər siyahısına daxiləm”.

 

Qeyd edək ki, mahnının sözləri sənətçinin özünə və FTB-yə (Məqsəd Bəyişov), eləcə də musiqisi FTB-yə məxsusdur. Aranjimanı isə Nihat Məlikova aiddir. Klipin rejissorluğunu da Hiss və PRoMete edib.

 

Hiss "Best" mahnısını ilk dəfə “Sea Breeze Summer Live 2024” festivalında səsləndirib.

 

Asya

 


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...