Qazaxıstanda deltaplan qəzaya uğradı - Pilot ÖLDÜ

Qazaxıstanda deltaplan qəzaya uğradı - Pilot ÖLDÜ

Qazaxıstanın Aktübinsk vilayətində deltaplanın qəzaya uğraması nəticəsində pilot ölüb.

 

Sfera.az xəbər verir ki, məlumatı Qazaxıstanın Nəqliyyat Nazirliyi yayıb.

 

Məlumata görə, hadisə yerinə araşdırma aparmaq məqsədi ilə mütəxəssislər cəlb olunub. Deltaplan “Samqau Aqro” şirkətinə məxsus olub.

 

Hadisə istehsalat zamanı baş verib.

 

Bildirilib ki, iyunun 21-də bu şirkətə məxsus “An-2” təyyarə sərt eniş edib. Təyyarənin göyərtəsində iki nəfər olub.


OXŞAR XƏBƏRLƏR