Gəncədə qanunsuz tikintinin qarşısı alındı - VİDEO

Gəncədə qanunsuz tikintinin qarşısı alındı - VİDEO

Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alınıb.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Bu çərçivədə, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.

 


OXŞAR XƏBƏRLƏR