Rusiya ilə Cənubi Koreya arasında GƏRGİNLİK: Səfir XİN-ə ÇAĞIRILDI

Rusiya ilə Cənubi Koreya arasında GƏRGİNLİK: Səfir XİN-ə ÇAĞIRILDI

Şimali Koreya ilə Rusiya arasında imzalanan strateji tərəfdaşlıq sazişinin yaratdığı gərginlik artır.

 

Sfera.az bildirir ki, sözügedən anlaşmaya reaksiya olaraq Rusiyanın Seuldakı səfiri Georgi Zinovyev Xarici İşlər Nazirliyinə çağırılıb. Cənubi Koreya hökumətindən verilən açıqlamaya görə, xarici işlər nazirinin birinci müavini Kim Honq-kyun rusiyalı səfirə ölkəsinin imzalanan razılaşmadan narahatlığını çatdırıb.

 

Nazir müavini səfir Zinovyevə bildirib ki, Rusiyanın Şimali Koreyaya hərbi dəstəyi Cənubi Koreyanın təhlükəsizliyinə zərər verir və bu, Seulla Moskva arasında münasibətlərə mənfi təsir göstərəcək. Cənubi Koreya rəsmisi Rusiyanı məsuliyyətli davranmağa çağırıb.

 

Rusiyanın Seuldakı səfirliyindən verilən açıqlamaya görə, səfir Zinovyev görüş zamanı Rusiya ilə Şimali Koreya arasındakı əməkdaşlığın üçüncü ölkəni hədəf almadığını bildirib.

 

Qeyd edilən müqavilədə bunlar öz əksini tapıb:  “Bir ölkənin və ya bir neçə ölkənin silahlı hücumu nəticəsində hər iki tərəfdən biri müharibəyə girərsə, qarşı tərəf sərəncamında olan bütün vasitələri səfərbər edərək təxirəsalınmadan hərbi və digər yardım göstərəcək”. Sazişdə kosmos, biologiya, dinc nüvə enerjisi, süni intellekt və informatika da daxil olmaqla bir çox sahədə mübadilə və əməkdaşlıq haqqında məlumatın da yer aldığı bildirilib.

 

Xatırladaq ki, Şimali Koreya ilə Rusiya arasında imzalanan müqavilə Cənubi Koreya rəhbərliyinin qəzəbinə səbəb olub. Cənubi Koreyanın Milli Təhlükəsizlik müşaviri Çanq Ho-jin Seulun Kiyevə indiyə qədər silah vermədiyini, lakin bununla bağlı mövqeyini yenidən nəzərdən keçirəcəyini deyib. Rusiya Prezidenti Vladimir Putin isə rəsmi səfərdə olduğu Vyetnamda verdiyi açıqlamada Cənubi Koreyanın Ukraynaya silah tədarükünün çox böyük səhv olacağı xəbərdarlığını edib.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...