Mingəçevirdə qadın qətlə yetirildi - Əri  SAXLANILDI

Mingəçevirdə qadın qətlə yetirildi - Əri  SAXLANILDI

Mingəçevirdə qadın qətlə yetirilib, əri saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, iyunun 21-i saat 13 radələrində Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri, 34 yaşlı Əliyev Elçin Rafael oğlu könüllü olaraq polisə təslim olub.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR