"Paşinyanın bu tapşırığı noyabrda sülh sazişinin imzalanmasını mümkünsüz edir" - AÇIQLAMA

Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi fonunda Baş nazir Paşinyan 2026-cı il dekabrın 30-dək yeni Konstitusiya layihəsini hazırlamağı və onu təsdiq etməyi tapşırıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, burada iki məqam diqqət çəkir.

 

Onun sözlərinə görə, bunlardan biri Paşinyanın “konstitusiyaya dəyişiklik” deyil, “yeni konstitusiya” qəbul etmək qərarıdır:

 

“Keçmiş hakimiyyətin dövründən qalma konstitusiya Paşinyan üçün daxili idarəetmədə çətinliklər yaradır. Bir neçə il öncə konstitusiya məhkəməsinin hakimləri ilə bağlı yaranmış problem bunu ortaya çıxardı. Görünür, hakimiyyət yeni konstitusiya ilə “boşluqları” da aradan qaldırmaq niyyətindədir. Digər tərəfdən, mövcud konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı yer alan iddiaları “dəyişdirmək” çətindir. Xüsusilə,  “müstəqillik bəyannaməsi”nə istinad qeydlərinin necə əvəz ediləcəyi fonunda bu belədir. Ona görə də, fikrimcə, yeni konstitusiya daha məntiqli görünür və bu, rəsmi Bakının tələbinə uyğundur”.

 

Ekspert qeyd edib ki, yeni konstitusiyanın hazırlanmasının 2026-cı ilin sonuna nəzərdə tutulması sülh sazişinin bu müddətdə imzalanmasını da sual altına salır:

 

“Sülh sazişinə dair ilkin sənədin bu ilin noyabr ayına qədər imzalanması gözləntiləri var. Hərçənd rəsmi Bakı Ermənistan konstitusiyasındakı iddialardan imtina edilmədiyi müddətdə bunu mümkünsüz hesab edir. Paşinyanın yeni konstitusiya üçün qoyduğu müddət Bakının tələbini bu müddətdə yerinə yetirməyəcəyini göstərir. Bu halda sülh sazişinin ən azı planlaşdırılan müddətdə imzalanması perspektivi də yoxdur. Ən yaxşı halda sülh sazişinə dair niyyət protokolunda “tərəflərin hüquqi aktlarının dəyişdirilməsi” kimi qeydin yer alması ilə irəliləyiş əldə etmək mümkündür. Lakin rəsmi İrəvanın mövqeyi bu ehtimalı da azaldır, xüsusilə “Azərbaycan konstitusiyasının dəyişdirilməsi” iddiaları fonunda...”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...