Milli Məclis İordaniya ilə bağlı sazişi ratifikasiya etdi

Siyasət
13:12 / 21.06.2024
10437
Milli Məclis Azərbaycanla İordaniya arasında müdafiə sahəsində əməkdaşlığa dair sazişi ratifikasiya edib.
Sfera.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Firuzə Əliyeva