Dünyada normal qanunların olmadığı BÖLGƏLƏR

Dünyada normal qanunların olmadığı BÖLGƏLƏR

Qanun və qaydalar bir bölgənin sosial cəhətdən yaşana bilən olması üçün vacibdir, lakin dünyada bəzi müstəsna hallar görmək mümkündür.

 

Sfera.az sizə dünyada qanunun olmadığı 6 yeri və niyə bu yerlərdə qanunun olmadığını ətraflı izah edir. 


1. Qərbi Sahara

 


Əvvəllər İspaniyanın koloniyası olan Qərbi Sahara həm Mərakeş Krallığı, həm də Saguia el Hamra və Polisario Cəbhəsi (Əlcəzairdə yerləşən müstəqillik hərəkatı) tərəfindən iddia edilən mübahisəli ərazidir. Qərbi Saharanın Mərakeş tərəfindən ilhaqı 1976 və 1979-cu illərdə iki mərhələdə baş verib və beynəlxalq hüquqa əsasən qeyri-qanuni hesab olunur. Beynəlxalq hüquqa görə, Qərbi Sahara Mərakeşin hüquqi hissəsi deyil və beynəlxalq hərbi işğal qanunlarına tabedir. Heç bir ölkə ilə bağlı olmadığı üçün onun nə qanuni hökuməti, nə də qanunları var.


2. Antarktida

Antarktidanın hökuməti yoxdur və heç bir ölkəyə aid deyil. Yeddi ölkə Antarktidada ərazi iddiası irəli sürüb, lakin əksər ölkələr, o cümlədən ABŞ və Rusiya bu iddiaları tanımır. Texniki cəhətdən heç bir ölkə Antarktidaya sahib olmadığı üçün Antarktidaya nəzarət edən heç bir hökumət də yoxdur. Qanunların necə işlədiyini soruşsanız, bunun Antarktika Müqaviləsi Sistemi ilə işlədiyini deyə bilərik. Bu müqavilə Antarktida daxilində bütün hərbi fəaliyyətləri və mədən işini də qadağan edir.
Antarktidada cinayət nisbətən nadir olsa da, təcrid və cansıxıcılıq oradakı bəzi insanlara mənfi təsir göstərir və cinayətə səbəb ola bilir.

Alkoqolizm qitədə məlum problemdir. Dava və nalayiq hərəkətlərə səbəb olduğu bilinir. Antarktidada baş verən digər cinayət növlərinə qeyri-qanuni narkotik istifadəsi, vəhşi təbiətə işgəncə vermək və öldürmək, qadağan olunmuş ərazilərdə motosiklet sürmək, ölümcül silahla hücum, adam öldürməyə cəhd və yandırma daxildir. Antarktidada oğurluqlar çox nadirdir və ehtimalı azdır, çünki içəri girən insanlar qitəyə çoxlu əşyalar gətirə bilmirlər və onsuz da pulun burada az faydası var. 53 ölkə tərəfindən ratifikasiya olunmuş 1959-cu il Antarktika Müqaviləsinə əsasən, Antarktidada cinayət törətməkdə ittiham olunan şəxslər öz ölkəsi tərəfindən cəzalandırılır.

 

3. Slab şəhəri (Plitələr)

 

Plitələr əslində beton plitə deməkdir. İkinci Dünya Müharibəsi zamanı Kaliforniya səhrasının ortasındakı Camp Dunlap dəniz piyadaları kazarmalarının geridə qoyduğu beton plitələr bu şəhərin adına ilham verir. Bu hərbi baza müharibədən sonra tərk edilmiş və hazırda şəbəkədən kənarda, hökumət nəzarətindən uzaq yaşamağı seçən çoxlu sayda insanın evidir. Kaliforniya sərhədləri daxilində yerləşməsinə baxmayaraq, sərhədlərdən çox kənarda olduğu üçün burada heç bir qanun tətbiq edilmir.



Təxminən 150 daimi sakinin bir çoxu yoxsulluğa məcbur edilsə də, bəziləri dövlətin sosial dəstəyi olmadan cəmiyyətdən kənarda həyat tərzi keçirməyi seçiblər.


Bura elektrik enerjisi, axar su, zibil toplama və ya kanalizasiya sistemi olmayan Kaliforniyanın istismardan çıxarılan və nəzarətsiz hissəsidir. Sakinlərin əksəriyyəti günəş panelləri və generatorlardan istifadə edərək öz elektrik enerjisini istehsal edir. Ərazidə rəsmi işıq, su, kanalizasiya, tualet və zibil yığımı yoxdur. Müvafiq hüquq-mühafizə orqanları ilə ən yaxın sivilizasiya quruluşu, sakinlərin tez-tez alış-veriş etmək üçün getdiyi Nilanddakı Slab Citidən təxminən 6 mil cənub-qərbdədir.


4. Açıq dənizlər

Beynəlxalq hüquqa görə, sahilyanı ölkələrin sahil zolağından bir neçə kilometr uzaqlığa qədər hüquqları var. Dəniz Qanununa əsasən, sahilyanı ölkələr sahil zolağından 19,2 km-ə qədər hüquqa malik sayılırlar. Yəni bu sərhədlər daxilində hər dənizdə ölkənin hüquqi qaydaları tətbiq edilir. Ölkə həmçinin 19,2 km uzunluğunda dəniz ərazisində təbii ehtiyatları kəşf etmək, dəniz və ya hava nəqliyyatını qadağan etmək hüququna malikdir.
Lakin 19,2 km kənarda okeanlar da var.

 

 

Bu bölgələrdə qanunların tam olmadığını deyə bilmərik, lakin bu bölgələrdə törədilən və bütün təriflərdən kənar olan cinayətlər, törədildiyi nəqliyyat vasitəsinin və ya şəxsin milliyyətinə görə müəyyən edilir. Məsələn, cinayətin törədildiyi nəqliyyat vasitəsi və ya cinayəti törədən şəxs türkiyəlisə, Türkiyə Hüquq Qaydaları etibarlı sayılır və ona uyğun cəza verilir.

 

5. Əfqanıstanın Qərb bölgəsi

 

 

Əfqanıstanın Qərb bölgəsi analoqu olmayan qanunsuz ərazidir. Burada qəbilə qanunları bölgənin müxtəlif yerli tayfaları tərəfindən qoyulur və bəzi ərazilərdə birbaşa nəzarət yoxdur. Region dövlət tərəfindən iddia edilmədiyinə görə də yerli qəbilə başçıları tərəfindən idarə olunur. Vaxt keçdikcə Taliban adət-ənənəvi dövlət ədalət sistemlərini kökündən çıxardı və onları öz məhkəmələri ilə əvəz etdi. Qərbi Əfqanıstanın bir çox bölgələrində bu, əhalinin istifadə edə biləcəyi yeganə ədalət sistemidir, çünki ölkənin ucqar ərazilərində milli hökumətin mövcudluğu minimaldır.

 

 


6. Təvil

Hüquq baxımından Bir Tavil Afrikada təxminən 2060 km² ərazisi olan bir bölgədir. Bu torpaqların niyə sahibsiz qalmasına gəlincə, Misir və Sudan Bir Tavilin şərqindəki Həlaib üçbucağı adlanan mübahisəli torpaqlara sahib olmağa üstünlük veriblər. Halaib üçbucağı Bir Tavildən qat-qat daha məhsuldar torpaqlara malik və daha böyük ərazi idi. 1899-cu il Sərhəd Müqaviləsinə əsasən, Halaib üçbucağı Misirə, 1902-ci il müqaviləsinə görə isə Sudana aiddir. Bu vəziyyət Bir Tavhili arzuolunmaz torpaq sahəsinə çevirir. Bununla belə, heç bir ölkə bu bölgə üzərində haqq iddia etməsə də, təbii ki, torpaq sahibi olmayan bir neçə insan var idi.
Məsələn, 2014-cü ilin iyununda amerikalı Jeremiah Heaton bölgəyə bayraq sancıb və qızı şahzadə olmaq üçün krallıq qurmaq qərarına gəlib.

 


Bölgəni Şimali Sudan Krallığı adlandıran və kriptovalyuta vasitəsilə bölgədəki küçələrin ad hüquqlarını satan Heaton, hətta xəyali ölkəsində cəngavərlik və vətəndaşlıq da satırdı. 2014-cü ilin dekabrında Dmitri Jixarev adlı bir rus da bu əraziyə iddia etdi və onu Üzüklərin Rəbbi kainatından "Orta Yer Krallığı" adlandırdı. Üç il sonra, 2017-ci ilin noyabrında Suyash Dixit adlı bir hindistanlı bölgəyə getdi və Hindistan mediası onu lentə alarkən əraziyə bayrağını sancdı.

Bölgə sonuncu dəfə 2019-cu ildə Livan-Amerikanın Baş naziri Nadera Avad Nasif tərəfindən “Sarı Dağ Krallığı” elan edilib.


Video vasitəsilə edilən açıqlamada krallığın mövcud heç bir ölkənin suverenliyinə keçmədiyi iddia edilib. Deməli, indiki halda Bir Tavildə də qanunun olmadığını demək olar.

 


OXŞAR XƏBƏRLƏR