Bu gün neftin taleyi həll olunacaq

Bu gün neftin taleyi həll olunacaq

 
Bu gün OPEC-ə üzv və qeyri-üzv ölkələr Avstriyanın paytaxtı Vyanada neft hasilatının azaldılması prosesinin detallarını və bazarın sabitləşdirilməsi vəzifəsinin həlli üzrə birgə iş mexanizmlərini müzakirə edəcək.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşdə iştirak üçün dəvət göndərilən ölkələrin siyahıya dəyişiklik edilib. 

Son siyahıya Rusiya, Braziliya, Azərbaycan, Qazaxıstan, Meksika, Oman, Türkmənistan, Misir, Kolumbiya, Bəhreyn, Bruney, Trinidad və Tobaqo, Konqo, Boliviya, Sudan, Ekvatorial Qvineya, Malayziya və Özbəkistan daxil edilib.

"Bloomberg" xəbər verir ki, görüşdə OPEC-ə daxil olmayan 10 ölkə, həmçinin Rusiya, Azərbaycan, Qazaxıstan, Oman, Meksika, Sudan, Cənubi Sudan, Bəhreyn, Ekvatorial Qvineya və Malayziya iştirak edəcəyini təsdiqləyib.

OPEC ölkələrindən Səudiyyə Ərəbistanı, İran, Venesuela, İraq və digərləri dəvət olunub.


OXŞAR XƏBƏRLƏR