Bu qida maddəsi qanda şəkəri ARTIRIR - Alimlərdən XƏBƏRDARLIQ!

Bu qida maddəsi qanda şəkəri ARTIRIR - Alimlərdən XƏBƏRDARLIQ!

Alimlər duzlu qidaların 2-ci tip diabetin inkişaf riskini artırdığını müəyyən ediblər.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də 400 000 şəkər xəstəsinin on iki illik müayinə göstəriciləri təhlil edilib və 2-ci tip diabet üçün gözlənilməz risk faktoru müəyyən olunub. Məlum olub ki, hazır yeməklərə həmişə duz əlavə edənlərin xəstəlik riski heç vaxt qəbul etməyənlərlə müqayisədə 40 faiz yüksəkdir.

 

Duz qəbulunun azaldılmasının ürək xəstəliyi və hipertoniya riskini azaltdığı tibb elminə məlum idi. Lakin yeni araşdırmalar göstərir ki, əgər insanlar duzdan az istifadə edərlərsə, bu, həm də tip 2-ci tip diabetin qarşısını almağa kömək edə bilər.

 

Alimlər duzun diabeti necə təhrik etdiyini dəqiq söyləyə bilməyiblər. Elm adamları bunun üçün əlavə araşdırma lazım gəldiyini düşünür. Ancaq bəllidir ki, çox duz istifadəsi iştahı artırır və insanı daha çox yeməyə təşviq edir. Bunun nəticəsində isə insanda piylənmə baş verir və orqanizmdə maddələr mübadiləsi pozulur.

 

Qeyd edək ki, 2-ci tip diabet yetkin insanlarda və kök insanlarda müşahidə edilən diabet növüdür. Bu tip şəkər xəstələrinin damarlarında, müxtəlif orqanlarında daha problemlər yaranır.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR