Aİ Qarabağı könüllü şəkildə tərk edən ermənilər üçün 15 milyon avro AYIRACAQ

Aİ Qarabağı könüllü şəkildə tərk edən ermənilər üçün 15 milyon avro AYIRACAQ

Ermənistan hökuməti Avropa İttifaqının (Aİ) Avropa Komissiyası ilə dövlət və dayanıqlılığın gücləndirilməsi üzrə maliyyələşdirmə sazişini təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

 

Qərarın izahatında bildirilir ki, bu maliyyələşdirmə sazişinin məqsədi Ermənistanın sosial və iqtisadi dayanıqlılığına kömək etmək, xüsusən də Ermənistan hökumətinin qısa və orta müddətli problemlərinin həlli siyasətinə töhfə vermək, eləcə də onların Ermənistanda uzunmüddətli sosial-iqtisadi inteqrasiyasını təmin etmək, həmçinin Aİ-nin Ermənistanda iqtisadi və investisiya proqramının həyata keçirilməsini təşviq etməkdir.

 

Ümumi dəyəri 15 milyon avro olan layihə Aİ büdcəsindən maliyyələşdiriləcək.

 

Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan qeyd edib ki, bu gün onlar daha bir layihəni təsdiqləyiblər ki, bu layihəyə əsasən, Aİ Ermənistana əlavə 3 milyon avro ayıracaq. Məqsəd Ermənistan hökumətinə daha geniş islahatlar prosesində yardım etmək, eləcə də Qarabağdan gedən ermənilərin sosial-iqtisadi, xüsusən də səhiyyə, sosial müdafiə və məşğulluq strategiyalarının həyata keçirilməsinə daha çox cəlb edilməsidir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...