Neft yenidən bahalaşdı
İqtisadiyyat
10:28 / 10.12.2016
1337
ABŞ neft-qaz şirkəti "Baker Hughes” tərəfindən qazma qurğularının sayının artırılması barədə məlumatlara baxmayaraq dünya bazarında neftin qiyməti artmaqda davam edir.
Sfera.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,28% artaraq 51,50 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0, 56 % artaraq 54,33 dollar olub.
"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,46 dollar artaraq 54,89 dollar təşkil edib.