Ukraynalı uşaqlar Bakının tarixi yerləri ilə tanış olublar - FOTO
Cəmiyyət
13:24 / 20.06.2024
180189
Azərbaycana sosial-psixoloji reabilitasiya məqsədilə gətirilən ukraynalı uşaqlar Bakının tarixi məkanları - İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və dənizkənarı bulvarla tanış olublar.
Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, növbəti günlərdə uşaqların Atəşgah məbədi, Yanardağ abidəsi və bölgələrə səfərləri planlaşdırılıb. Eyni zamanda ukraynalı uşaqların Bakı və bölgələrdə (Qəbələ, Şəki) qrup terapiyaları, meditasiyaları və yoqa məşğələlərinə, psixo-sosial təlimlərə cəlb olunmaları, milli mətbəxlə tanış edilmələri də nəzərdə tutulub.