Dünya nə vaxt dağılacaq? - Alimlər ssenari və tarixi açıqladı - VİDEO
Belçikanın elm adamları Yer kürəsinin necə məhv olacağını açıqlayıb.
ATV.az-ın məlumatına görə, onlar iddia edib ki, Günəş sisteminin taleyi "L2 Puppis” ulduzu ilə eyni olacaq. Alimlərin ən müasir teleskoplardan biri "Alma” ilə apardığı araşdırmalar nəticəsində Günəşə bənzəyən kiçik kütləli "L2 Puppis” adlı ulduz aşkar edilib.
Bildirilir ki, 5 milyard il əvvəl dəfələrlə böyüyən "L2 Puppis” alov saçaraq ətrafındakı bütün planetləri məhv edib. Alimlərin fikrincə, Günəş sistemi də buna bənzər şəkildə yox olacaq. Onların sözlərinə görə, bu proses təqribən 2 milyard il davam edəcək.
Günəşin daha parlaq olma potensialının olduğuna diqqət çəkən elm adamları bildirib ki, zaman keçdikcə ulduzdakı temperatur artacaq və bu planetlərin yox olmasına səbəb olacaq. İlk olaraq Merkuri və Venera planetləri yox olacaq. Daha sonra böyük ehtimalla Yer kürəsindəki canlı təbiətin məhvi prosesi başlayacaq.