Dünya Bankının rəsmisi Azərbaycana TƏŞƏKKÜR ETDİ

Dünya Bankının rəsmisi Azərbaycana TƏŞƏKKÜR ETDİ

"Azərbaycan hökumətinə COP29-a ev sahibliyi edəcəyi üçün təşəkkür edirəm".

 

Sfera.az xəbər verir ki, bunu Dünya Bankının iqlim və sağlamlıq qlobal proqramının rəhbəri Tamer Rabia “Sağlam gələcəyin proqnozlaşdırılması” qlobal sammitinin üçüncü günündə jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, COP29-da iki əsas məsələ sağlamlıq və iqlimlə bağlıdır: “Hər iki istiqaməti nəzərə almağa çalışırıq. Ən effektiv həll yollarını tapmağa çalışacağıq. Həmçinin vacib məqamlardan biri də maliyyə resursları ilə bağlıdır. Özəl şirkətlərin bu prosesdə aktiv iştirakı lazımdır”.

 

T.Rabia bildirib ki, 2044-cü ildə insanların çoxu yoxsul olacaq: “Dünya Bankı bu məsələ ilə bağlı müəyyən işlər görür. Biz çalışırıq ki, həm sağlamlıq, həm də maliyyə məsələsini nəzərə alaq. Bunun üçün əməliyyatlar planı hazırlanır. Dünya Bankı bir çox ölkə kimi Azərbaycana da dəstək olur".

 

“Malyariyaya son” təşkilatının baş direktoru Martin Edlund isə vurğulayıb ki, COP29-da COP28-də qəbul olunan qərarların icrası müzakirə olunacaq: “Əsas məsələlər sağlamlıq və iqlimlə bağlıdır Biz COP29 zamanı COP28-də qəbul olunan qərarların hansı təsirə malik olduğunu görəcəyik. Noyabra qədər bəzi qərarların icrası mümkündür”.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...