Bayram yaxınlaşır, qiymətlər od tutub yanır

Bayram yaxınlaşır, qiymətlər od tutub yanır
Cürbəcür, müxtəlif ölçülü küknar ağacları, onu bəzəmək üçün oyuncaqlar, işıqlandırıcılar və yeni ilin atributu sayılan şaxta babalar. Bayram yaxınlaşdıqca hər kəs bunları almaq üçün üz tutur satış məkanlarına. 

ARB Kəpəz xəbər verir ki, qiymət müxtəlifliyi seçim imkanını artırır. 

Pambıq Hacıyev - alıcı: "Yolkanın, oyuncağın qiymətini soruşdum. Qiyməti uyğun gəlmədi. Ala bilmədim, çox bahadır”. 

Artıq 5 gündür ki, Gəncənin ticarət obyektlərində, mağazalarda yeni ilin əsas simvollarının satışı həyata keçilir. Yəni, ölçüsünə görə müxtəlif cür küknar və oyuncaqlar, zərlər, işıqlar eləcə də şaxta baba oyuncaqları satışda var. Kənardan bu simvollar insanı özünə cəlb etsə də qiymətlər necə deyərlər, od tutub yanır. 

Məzahir Əliyev - alıcı: "Keçən ilə baxanda bu il iki qat bahalıqdır. Məsələn, küknar ağacı keçən il 20 manata idi, indi 40-50 manatdır”.

Yaşar Məmmədov - satıcı: "Keçən ilə baxanda qiymət 25-30 manat arası qalxıb. İşıqlar 3-5 manat arası, küknar 5 manatdan 200 manata kimidir. Oyuncaqların da diametri 6 - 8 sm arası olanlar müxtəlif qiymətədir. Qutusu 1-2 manatdır”.

Rövşən Məhərrəmov - satıcı: "Ötən ilə baxanda qiymət qalxıb. Qabaq 5 manata olan indi 8 manat olub. O da dollara görə olub”.

 Ayın əvvəli olduğundan bəlkə bu qiymətlərlə alış-veriş edən olmasa da yeni ilə yaxın alıcıların fəallığı qiymətdən asılı olmayaraq artacaq. Məcburiyyətdən və ya zərurətdən irəli gələrək küknar ağacı, onun bəzədilməsi üçün lazım olan aksessuarların satışında yəqin ki, canlanma olacaq. 


OXŞAR XƏBƏRLƏR

DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb...

Avrasiyanın ən aktiv vulkanı oyanır - FOTO

Səhər saatlarında Sibirin ən yüksək dağı və Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuçevskoy 8,8 bal gücündə güclü zəlzələdən sonra püskürüb.   S...

ABŞ İrana ciddi zərbə endirəcək - AÇIQLAMA

ABŞ 2018-ci ildən bəri İrana qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib. Bu tədbirlər İranın neft ticarətini idarə edən beynəlxalq gəmiçilik şəbəkə...

Avqustda qeyri-sabit hava şəraiti GÖZLƏNİLİR

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür.   Sfe...

Pediatrdan xəbərdarlıq: Telefonlar uşaqların beyininə zərər verir

Yay aylarında uşaqların boş vaxtlarının çox olması onların informasiya və texnologiya məhsullarından asılılığını daha da artırır. Havanın isti keçməsi, tətil re...

Sürücü sükan arxasında VƏFAT ETDİ

Sürücü sükan arxasında həyatını itirib. Hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də baş verib.   Sfera.az xəbər verir ki, Quba sakini Rövkət Yunusov idarə ...