"ABŞ Türkiyənin gücündən öz məqsədləri üçün istifadə etmək istəyir" — Politoloq

Türkiyə PKK-nı gələn ilin aprel ayından sonra tamamilə məhv edəcəyini bəyan edib.

Buna cavab olaraq isə, ABŞ bildirib ki, Türkiyənin əsas işi İŞİD-i məhv etmək olmalıdır.

İŞİD-ə qarşı qurulmuş Beynəlxalq koalisiyanın rəsmi nümayəndəsi Con Dorrian deyib ki, bizi narahat edən "Fərat qalxanı" əməliyyatı çərçivəsində Türkiyə ordusunun PKK-ya da zərbə endirməsidir. Rəsmi Ankara PKK-nı terrorçu təşkilat hesab edir. Rakka şəhərində kürd birləşmələrindən ibarət 45 minlik ordu İŞİD-ə qarşı vuruşur.

Beynəlxalq koalisiyanın rəsmi nümayəndəsi bu bəyanatı ilə Türkiyəni PKK-ya qarşı keçirəcəyi əməliyyatları dayandırmağa səsləmiş olub.

Türkiyənin PKK planı və ABŞ-ın Türkiyəni PKK-ya qarşı mübarizədən çəkindirmək istəyi barədə politoloq İlqar Vəlizadə Ölkə.Az-a açıqlama verib:

"Türkiyənin məqsədləri var. Bunu şərh etməyə ehtiyac yoxdur. Türkiyənin niyə məhz aprel ayında PKK-nı məhv edəcəyi barədə ciddi addımlar atacağına fikir bildirmək çətindir. Bu cür bəyanatlar üçün Türkiyənin əlində əsasları var.

ABŞ-ın Türkiyəyə verdiyi məsləhətə gəlincə isə, kimsə kiməsə göstəriş verə bilməz. ABŞ və digər dövlətlər birmənalı olaraq Türkiyənin işlərinə qarışmamalıdırlar. Yersiz məsləhətlər vermək əslində ABŞ-ın nüfuzunu aşağı salır. Rəsmi Vaşinqtonun məsələhəti heç kimə lazım deyil, ona heç kim qulaq asmır. Belə məsələhət verməyin mənası da yoxdur.

Bu cür məsləhətlər əslində ABŞ-ın planlarını ifşa edir. Türkiyənin gücünü, əlində olan silahları, insanlarını öz məqsədləri üçün istifadə etmək ABŞ-ın planıdır. Türklər də başa düşür ki, bu siyasətin sonu yoxdur. Hadisələr, tarix göstərir ki, hər hansısa başqa qüvvənin sifarişini yerinə yetirmək sifarişçinin alətinə çevrilmək deməkdir. İnanmıram ki, ABŞ-ın məsələhəti Türkiyəni qane etsin".

OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...