Əhalinin banklardakı pulu 1 milyard manatdan çox ARTIB

Əhalinin banklardakı pulu 1 milyard manatdan çox ARTIB

Azərbaycan banklarında fiziki şəxslərə məxsus olan pulun həcmi son bir ildə 1,29 milyard manata yaxın arataraq 13,5 milyard manata çatıb. 

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, əmanətlərin 65,7 faizi manatla, 34,3 faizi xarici valyutada qoyulub.

 

Xarici valyutada qoyulan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 15,8 faiz artıb.

 

Son məlumata əsasən manatla saxlanılan pulun həcmi 8,88 milyard manata, xarici valyutada saxlanılan əmanətlərin həcmi 4,62 milyard manat artıb. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR