Kürdəmirdə ağır YOL QƏZASI - 3 ÖLÜ - ADLAR - YENİLƏNDİ

Kürdəmirdə ağır YOL QƏZASI - 3 ÖLÜ - ADLAR - YENİLƏNDİ

Kürdəmirdə ağır yol qəzasında ölənlərin və xəsarət alanın kimliyi məlum olub.

 

Sfera.az xəbər verir ki, qəzada rayonun Cəyli kənd sakinləri Xanalıyev Ceyhun Ağanəzər oğlu, Xanalıyev Toğrul Hikmət oğlu və Əhmədov Süleyman Qarakişi oğlu dünyasını dəyişib.

 

Umudov Əflatun Əflan oğlu isə ağır bədən xəsarətləri alıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 

***

 

19:10

 

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

 

Sfera.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq bir neçə dəfə çevrilərək yol kənarına aşıb.

 

Qəza zamanı avtomobildə olan üç nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...