Qadın işləmədiyinə görə 20 il maaş ödəyən şirkəti MƏHKƏMƏYƏ VERDİ

Qadın işləmədiyinə görə 20 il maaş ödəyən şirkəti MƏHKƏMƏYƏ VERDİ

Fransada maraqlı hadisə baş verib. Fransız qadın Laurens Van Vassenhov işəgötürəni (“Orange”) iş yerində təqib və ayrıseçkiliyə görə məhkəməyə verib. Nə qədər qəribə də olsa, qadın şirkəti ona heç bir tapşırıq vermədən 20 il maaş verməkdə ittiham edib. 

 

Sfera.az-ın xarici mediaya istinadən məlumatına görə, şirkətin nümayəndələri iddia edirlər ki, işçilərə görə ən yaxşı iş şəraiti yaratmaq üçün əllərindən gələni ediblər. Ona tam maaş verilib və bir neçə sosial müavinət ayrılıb.

 

Laurens 1993-cü ildə “France Telecom”da dövlət qulluqçusu kimi işə götürülüb, lakin sonradan şirkət “Orange” tərəfindən təhvil alınıb. Qadının ilk işəgötürəninə onun doğuşdan hemiplegiya (üz və ətrafların qismən iflici) və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi barədə məlumat verilib. Məhz buna görə də ona kadrlar şöbəsinin katibi vəzifəsi təklif edilib.

 

O, bu vəzifədə 2002-ci ilə qədər işləyib, daha sonra başqa bölgəyə köçürülməsini xahiş edib. Tələb təmin olunsa da, yeni iş yeri qadının ehtiyaclarına uyğunlaşdırılmayıb. Buna baxmayaraq, şirkət problemi həll etməyib. Qadının iddiasına görə, şirkət ona heç bir tapşırıq vermədən növbəti 20 il ərzində tam maaş verməyə üstünlük verib. Laurens şirkətin onu işindən kənarlaşdırmağa çalışdığını iddia edərək, vəziyyətlə bağlı Ali Antidiskriminasiya orqanına şikayət edib.

 

"Onlar hesab edirlər ki, əlilliyi olan bir insana işləmək üçün lazımi şərait yaratmaqdansa, sadəcə maaş vermək daha yaxşıdır. Tanınması, sosial əlaqələri vacib deyil", - Laurensin vəkili bildirib.

 

O, müvəkkilinin səhhəti ilə bağlı iş yerində təqib və ayrı-seçkiliyə məruz qaldığı üçün şirkət və dörd menecerdən şikayət etdiyini əlavə edib.

 

Aynil Camal

 


OXŞAR XƏBƏRLƏR