Türkiyə XƏBƏRDARLIQ ETDİ: Rusiya "Krokus"da ikinci faciənin QARŞISINI ALDI

Türkiyə XƏBƏRDARLIQ ETDİ: Rusiya

Türkiyənin xəbərdarlığı əsasında Moskvada "Crocus City Hall" ticarət mərkəzinə hücumdan sonra ikinci terror aktının qarşısı alınıb.

 

Sfera.az xəbər "Hürriyet"ə  istinadən xəbər verir ki, Tükiyə kəşfiyyatı terror barədə rusiyalı həmkarlarına xəbərdarlıq edib. 

 

Qəzetin yazdığına görə, terror aktı İŞİD terror təşkilatı ilə əlaqəli olan "Vilayət Xorasan" qruplaşmasının yaraqlıları tərəfindən hazırlanıb:

 

"Konsert zalına ilk hücumdan sonra terror qruplaşması ikinci terror aktını planlaşdırmışdı. İzdihamlı ticarət mərkəzinə hücum edəcəkdilər. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə quraraq ikinci böyük terror aktının qarşısını aldı".

 

Məlumata görə, Türkiyə xüsusi xidmət orqanları yanvarın sonunda İstanbuldakı Müqəddəs Məryəm katolik kilsəsinə hücumda iştirak edən "Vilayət Xorasan" təşkilatının yerli özəyinin fəaliyyətini bir müddət izləyib. Xüsusi xidmət orqanları tərəfindən bir sıra şəxslər dindirilib, sonra Rusiyaya xəbər verilib.

 

Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva vilayətindəki “Krokus City Hall” konsert zalında terror aktı törədilib. Yüzdən çox insan həlak olub, çoxlu sayda insan yaralanıb.

 

Aynil Camal

 


OXŞAR XƏBƏRLƏR