"Rabitəbank" Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

"Rabitəbank" ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda getmiş döyüşlərdə şəhid olmuş şəxslərin və qazilərin ailələrinə dəstəyini davam etdirir.

 

Sfera.az xəbər verir ki, Qurban bayramı ilə əlaqədar olaraq Kürdəmir, Şamaxı və Ağsu rayonlarında yaşayan 100-ə yaxın şəhid və qazi ailəsinə ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və rayon icra hakimiyyətlərinin dəstəyi ilə baş tutmuş yardım kampaniyasında Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin regional filiallarının və icra nümayəndələri, eləcə də bankın əməkdaşları iştirak ediblər, şəhid və qazi ailələri ilə görüşərək söhbət ediblər.

 

Qeyd edək ki, Rabitəbank korporativ sosial layihələr çərçivəsində bir çox xeyriyyə tədbirləri həyata keçirib. Bank öz ənənəsinə sadiq qalaraq, bundan sonra da bu cür təşəbbüskar addımlar atmağa davam edəcək.

 

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

 


OXŞAR XƏBƏRLƏR

Günün ulduz falı: Hər bürc üçün fürsətlər olacaq

Bu gün ulduzlar hər bürc üçün fərqli fürsət və sınaqlar gətirir. Karyerada önəmli addımlar, eşq həyatında isə həyəcanlı anlar yaşana bilər. Hər kəs üçün balansl...

Qəzada ölən Asəfin kimliyi bəlli oldu

Dünən Gədəbəy rayonunun Şahdağ kəndində “Kia” markalı avtomobilin aşması nəticəsində həyatını itirən şəxslərdən biri müəllim imiş.   Sfer...

Məşhur rejissor vəfat etdi

Gürcüstanlı kinorejissor, SSRİ xalq artisti Eldar Şenqelaya 93 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Nato Vaç...

Dövlət Proqramı çərçivəsində 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na magistratura səviyy...

Mərkəzi Bankın valyuta ehtiyatları davamlı artır - Rəqəmlər

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmi 2025-ci ilin iyulunda da artıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların...

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 148 min nəfəri ötüb

2025-ci ilin iyul ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 148 489 nəfər olub.   Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əh...