Kürdə dəhşətli hadisə: qayıq yandı, 10 nəfər xəsarət aldı - YENİLƏNDİ

Kürdə dəhşətli hadisə: qayıq yandı, 10 nəfər xəsarət aldı - YENİLƏNDİ

Mingəçevirdə Kür çayında qayıqda yanğın olub.

 

Sfera.az-ın məlumatına görə, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın olub.

 

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

 

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır. (Report)

 

***

 

Sfera.az xəbər verir ki, hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kamilə Əhmədova, 1982-ci il təvəllüdlü Emil Şirinov, 1990-cı il təvəllüdlü Nəzakət Orucova, 2011-ci il təvəllüdlü Həsən Şirinov, 2018-ci il təvəllüdlü Afət Orucova, 2014-cü il təvəllüdlü Ə.Orucov, 2006-cı il təvəllüdlü Sahil Məhərrəmov, 1984-cü il təvəllüdlü İntiqam Kamalov və 1982-ci il təvəllüdlü Ehtiram Kamalov xəsarət alıblar.

 

Zərərçəkənlərin bir neçəsi yanıq, bir qismi isə travma və kəsik xəsarətləri alıblar.

 

Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərinin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...